Azərbaycan çempionatında növbəti turun proqramı açıqlanıb
16.01.2025 - 10:19
![Azərbaycan çempionatında növbəti turun proqramı açıqlanıb](https://ww3.apasport.az/storage/news/2025/january/16/big/6788a34b1f9106788a34b1f91117370079476788a34b1f90e6788a34b1f90f.jpg)
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı bəlli olub.
Apasport.az xəbər verir ki, VI turun oyunları yanvarın 17-si və 18-də keçiriləcək.
İlk gündə, saat 16:00-da MOİK - “Murov Az Terminal”, 18:00-da "Azərreyl" - "Neftçi" maçları baş tutacaq. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.
Yanvarın 18-də, saat 18:00-da isə "Xilasedici" və "Gənclər" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında gerçəkləşəcək.
0
0