Azərbaycan çempionatında V turun oyunları keçiriləcək
09.01.2025 - 10:57
![Azərbaycan çempionatında V turun oyunları keçiriləcək](https://ww3.apasport.az/storage/news/2025/january/09/big/677f6433e170a677f6433e170b1736401971677f6433e1708677f6433e1709.jpg)
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün V turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, turun bütün oyunları eyni gündə təşkil ediləcək.
Saat 16:00-da “Murov Az Terminal” - “Abşeron”, bundan iki saat sonra isə “Azərreyl” - “Gəncə” matçları start götürəcək. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşacaq.
Saat 17:00-da isə UNEC və “Milli Aviasiya Akademiyası” münasibətlərə aydınlıq gətirəcək. Görüş UNEC klubunun idman zalında baş tutacaq.
0
0