![Azərbaycan millisi AVRO-2023-ə qələbə ilə start götürdü - YENİLƏNİB](https://ww3.apasport.az/storage/news/2022/august/20/big/63009b9e16a5363009b9e16a54166098422263009b9e16a5063009b9e16a51.jpg)
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb.
Apasport.az saytının məlumatına görə, D qrupunda yer alan komandamız bu gün ilk oyununu keçirib.
Yığmamız Bakıdakı Voleybol Mərkəzində Gürcüstanı qəbul edib. Oyun komandamızın qələbəsi ilə başa çatıb. İlk setdə 28:26 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:11, 25:20. Beləliklə, ilk görüşdə 3:0 hesabı ilə qalib gələn Azərbaycan yığması 3 xala yiyələnib.
Qeyd edək ki, yığmamızın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır. Eldar Yusubovun yetirmələri növbəti oyununu avqustun 24-də səfərdə Gürcüstana qarşı keçirəcək. Ümumilikdə qruplarda birinci və ikinci yeri tutacaq kollektivlər final mərhələsinə yüksələcək. AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.
AVRO-2023-ün təsnifat mərhələsi
D qrupu
20 avqust
18:00. Azərbaycan – Gürcüstan - 3:0 (28:26, 25:11, 25:20)
Bakı. Voleybol Mərkəzi