Azərbaycan millisi Gürcüstana yollandı
23.08.2022 - 11:52
![Azərbaycan millisi Gürcüstana yollandı](https://ww3.apasport.az/storage/news/2022/august/23/big/63048784f249d63048784f249e166124122063048784f249b63048784f249c.jpg)
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstana yola düşüb.
Apasport.az saytının məlumatına görə, Avropa çempionatının təsnifat mərhələsinin D qrupunda mübarizə aparan komandamız növbəti oyununu sabah səfərdə Gürcüstana qarşı keçirəcək.
Tbilisidəki “Yeni Voleybol Arena”da baş tutacaq AVRO-2023-ün görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. Yığmamızın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır.
0
0