
16 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının II təsnifat mərhələsində iştirak edəcək.
Apasport.az xəbər verir ki, komandamız yarışa ev sahibliyi edəcək İspaniyaya yola düşüb.
U-16 B qrupunda mübarizə aparacaq. Millinin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Avstriya komandaları olacaq.
Yarışda Azərbaycan yığmasına Cahangir Seyed Abbasi rəhbərlik edəcək.
Qeyd edək ki, aprelin 25-27-si aralığında İspaniyada keçiriləcək qitə birinciliyinin II təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparacaq. Qruplarda ilk iki pillədə qərarlaşacaq kollektivlər, həmçinin üçüncü yeri tutacaq ən yaxşı iki komanda yarışın final mərhələsinə vəsiqə qazanacaqlar.
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Hakan Sünal: “Azərbaycan futbolu “jiquli” sürəti ilə irəliləyir” - VİDEO
- Oliver Kan: “Ronaldo fəlsəfəmizə uyğun gəlmir”
- "Qarabağ" 2 braziliyalı ilə danışıqlara başlayıb: Əgər alınmasa...
- "Barselona" hücumçusunu 20 milyon avroya sata bilər