Azərbaycan millisi Şərqi Avropa çempionatında
25.12.2023 - 13:56
![Azərbaycan millisi Şərqi Avropa çempionatında](https://ww3.apasport.az/storage/news/2023/december/25/big/6589468de88496589468de884a17034953096589468de88476589468de8848.jpg)
Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət yığma komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti açıqlayıb.
3-7 yanvar 2024-cü il tarixlərində Litvanın Şaulyay şəhərində keçiriləcək yarışda komandamızın oyunlarının təqvimi belədir:
3 yanvar
14:00. Azərbaycan – Estoniya
4 yanvar
14:00. Azərbaycan – Latviya
5 yanvar
16:30. Azərbaycan – Ukrayna
6 yanvar
19:00. Azərbaycan – Litva
7 yanvar
16:30. Azərbaycan - Polşa
0
0