Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb
24.04.2024 - 17:58
Azərbaycan və Gürcüstan Voleybol Federasiyaları arasında memorandum imzalanıb.
Apasport.az quruma istinadla xəbər verir ki, sənədi AVF-nin prezidenti Şahin Bağırov və ölkəmizdə səfərdə olan GVF-nin prezidenti Georgi Kartvelişvili imzalayıblar.
Anlaşmada iki ölkənin federasiyaları arasında qarşılıqlı əməkdaşlıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi əksini tapıb. Tədbirdə bildirilib ki, imzalanan sənəd Azərbaycan və Gürcüstan arasında voleybol sahəsində əməkdaşlığın genişləndirilməsinə müsbət təsir göstərəcək.
- DÇ-2026: Braziliyadan heç-heçə, Argentina uduzdu
- Gəncədə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
- “Yuventus”un keçmiş prezidenti türkiyəli ilə evləndi
- Ceyhun Sultanov: "Samir Abasov sarğını Emin Mahmudova qaytaracaq"
- “Sportinq”dən möhtəşəm geridönüş, “Arsenal” və “Real” 1/4 finalda - YENİLƏNİB
0
0