Avropa Liqasına hazırlaşan Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb.
Apasport.az xəbər verir ki, hazırlıq prosesində komanda Macarıstan yığması ilə birgə məşqlər edib, həmçinin iki yoxlama oyunu keçirib.
Bu qarşılaşmaların hər ikisi Azərbaycan millisinin qələbəsi ilə (3:0, 3:1) yekunlaşıb. Hazırlıq prosesinin növbəti mərhələsi çərçivəsində komanda bu gün Macarıstandan Sloveniyaya yola düşüb. Mayın 29-dək Maribor şəhərində təlim-məşq toplanışında olacaq voleybolçuların burada da yoxlama oyunlarında qüvvələrini sınamaları nəzərdə tutulub.
Qeyd edək ki, yığma Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millinin rəqibləri İsveç və Estoniya seçmələri olacaq.
- "Milan" ilk dəfə Avropa Liqasının 1/4 finalına yüksəlib
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- Yusif Nəbiyev: "Yığmanın bu durumunda bütün azərbaycanlı futbolçuların günahı var"
- Minifutbol çempionatında XI turun təqivimi bəlli olub
- "Abşeron" yenə qalib gəldi