Azərbaycanlı hakim ÇL matçında
05.01.2025 - 15:07
Azərbaycanlı beynəlxalq voleybol hakimi Eldar Zülfüqarov bu il ilk təyinatını alıb.
Apasport.az xəbər verir ki, o, qadın voleybolçular arasında Çempionlar Liqası qrup mərhələsinin son turu çərçivəsində Türkiyənin “Eczacıbaşı” ilə Fransanın “Levallua” klublarının görüşündə hakimlik edəcək.
Oyun yanvarın 22-də İstanbulda keçiriləcək. Qarşılaşmanın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.
Bu, Zülfüqarov üçün cari mövsümdə Çempionlar Liqasında üçüncü təyinatdır.
Qeyd edək ki, “Eczacıbaşı” pley-offa vəsiqəni təmin edib, “Levallua” isə qrupda sonuncudur.
- Qurban Qurbanov: "Bekali haqda fikir bildirə bilmərəm"
- "Kəpəz" - "Neftçi" matçında qalmaqal: Polis müdaxilə etdi
- Paytaxt klubu daha bir müdafiəçiyə elçi düşdü
- Sosial Mediada Kriştiano Ronaldo Effekti: Dünyanın Ən Çox İzlənən İdmançısı
- "Sabah"ın baş məşqçisi: "Bizə mümkün rəqiblər arasında ən çətini düşdü"
0
0