![Azərbaycanlı hakimlər beynəlxalq oyunlara təyinat aldılar](https://ww3.apasport.az/storage/news/2024/january/18/big/65a8c6e5b97f365a8c6e5b97f4170555978165a8c6e5b97f165a8c6e5b97f2.jpg)
Beynəlxalq dərəcəli hakimlərimiz Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıblar.
Apasport.az xəbər verir ki, həmyerlimiz Zaur Hacıyev Çağırış kubokunda 1/4 final mərhələsinin matçını idarə edəcək.
O, qadın voleybolçulardan ibarət Türkiyənin “Nilüfer Belediye Bursa” və Rumıniyanın “C.S.M. LUGOJ” klublarının qarşılaşmasında ikinci hakim olacaq. İlk oyunda “Nilüfer Belediye Bursa” komandası səfərdə 3:1 hesabı ilə qalib gəlib.
Beynəlxalq dərəcəli hakimimiz Fuad Ağayev isə CEV kubokunda pley-off mərhələsinin oyununu idarə edəcək.
O, kişi voleybolçulardan ibarət Türkiyənin “Fenerbahçe PRL İSTANBUL” və Ukraynanın “SC Prometey DNIPRO” klublarının cavab matçında ikinci hakim olacaq. İlk qarşılaşmada Ukrayna təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, hər iki oyun bu gün baş tutacaq.