Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün növbəti avrokubok oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş medalçısı Çelenc kubokunun 1/16 final mərhələsinin ilk matçına çıxıb.
Eldar Yusubovun baş məşqçisi olduğu komanda Almaniyada yerli “Zul”la üz-üzə gəlib. “Azərreyl” bu qarşılaşmada nominal meydan sahibi olub. Tərəflər hər iki görüşün Almaniyada təşkil olunmasını razılaşdırıb. "Azərreyl" 2-ci setdə hesabı bərabərləşdirsə də, sonda oyunu 1:3 uduzub.
Qeyd edək ki, komandaların sabahkı cavab oyununda “Zul” meydan sahibi sayılacaq.
Çelenc kuboku, qadınlar
1/16 final, ilk oyun
14 dekabr
22:00. “Azərreyl” (Azərbaycan) – “Zul” (Almaniya) - 1:3 (15:25, 25:23, 20:25, 16:25)
Turingen Voleybol Arena
- Azərbaycan millisi “Zaqreb Open”in qalibi oldu
- İlham Əliyev UFC-nin prezidentini qəbul edib
- Rüfət Abdullazadə: “Buna inansaq, sonuncu pillədən qurtulacağıq”
- Xabi Alonso: "Qarabağ" "Braqa"ya qarşı təhlükəli çıxış etdi və uğur qazandı"
- 16 yaşadək voleybolçuların birinciliyində növbəti oyunlar keçiriləcək