Beynəlxalq dərəcəli azərbaycanlı hakim CEV tərəfindən təyinat alıb
02.12.2025 - 13:48
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Apasport.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, mütəxəssis qadın voleybolçuların CEV Kubokunda PAOK (Yunanıstan) - "OTP Banka Branik" (Sloveniya) matçının baş hakimi olacaq.
Bu görüşdə ikinci hakim kimi isə polşalı Pyotr Krol yer alacaq.
Qeyd edək ki, oyun dekabrın 3-də Yunanıstanda keçiriləcək.
- İsmail Yüksək üçün yüksək təkliflər: “Bayer”, “Ayntraxt", “Borussiya"...
- Ayxan Abbasov: “Biz "Qarabağ"la müqayisə ediləsi deyilik”
- Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək - VİDEO
- Avropa Liqası ilə vidalaşan ilk komanda bilindi
- MMA döyüşçülərimiz beynəlxalq turnirdə fərqləndilər
0
0