![Federasiya prezidenti təlim-məşq toplanışında iştirak edib](https://ww3.apasport.az/storage/news/2024/july/20/big/669bd72b25f77669bd72b25f781721489195669bd72b25f75669bd72b25f76.jpg)
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov yeniyetmə və gənc voleybolçuların təlim-məşq toplanışında olub.
Apasport.az xəbər verir ki, görüşdə AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov da iştirak ediblər.
Federasiya rəsmiləri GİN-nin Voleybol Mərkəzində təşkil olunan məşq prosesini izləyib, təlim-məşq prosesinin gedişatı, həmçinin idmançıların və məşqçilərin problemləri ilə maraqlanıblar.
Məşqlərdə Sumqayıt, Quba, Qusar, Oğuz, Hacıqabul, Ələt, Masallı, Naxçıvan, Gəncə, Tovuz və Bakı şəhərlərindən olan 2008-2012-ci illər təvəllüdlü 24 idmançı iştirak edir. Təlim-məşq toplanışına yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi rəhbərlik edir.