Millimiz Avropa Liqasına hazırlıqlara start verib
05.05.2026 - 19:23
Bu gün kişilərdən ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlıqlara start verib.
Apasport.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təlim-məşq prosesi keçən komandamızın heyətinə 17 idmançı cəlb olunub.
Yığmamız Avropa Liqasında yeni baş məşqçi təyin olunmuş Boris Qrebennikovun rəhbərliyi ilə mübarizə aparacaq.
Hazırlıq proqramına əsasən, milli komandamız Bakıda və ölkə xaricində təlim-məşq toplanışları keçəcək, həmçinin bir sıra yoxlama oyunlarında qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları 5-7 iyun tarixlərində İsveçdə keçiriləcək.
- “Trabzonspor” ukraynalı futbolçu ilə razılığa gəldi
- “Neftçi”nin rəqibi iştirak ərizəsini açıqladı
- Portuqaliya millisinin baş məşqçisi istefa verdi – RƏSMİ
- Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Ankarada yoxlama oyunları keçirəcək
- "Cimbom" azarkeşlərinə şad xəbər: "Kapitan gəmidə qala bilər"
0
0