Millimiz Gürcüstanı məğlub etdi
02.06.2025 - 19:23
Avropa Gümüş Liqasına hazırlığı davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb.
Apasport.az xəbər verir ki, komandamız Tbilisidə yerli yığma ilə iki yoxlama oyunu keçirib.
Yığmamız bu qarşılaşmalarda Gürcüstan millisini 3:0 və 3:2 hesabları ilə məğlub edib.
Qeyd edək ki, millimiz yarışda ilk turun oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Rəqiblərimiz isə ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.
- "Sumqayıt"ın qapıçısı: “Fehervar”a görə narahat deyiləm"
- Premyer Liqada 2026-cı ilin ilk oyunlarının başlama tarixləri açıqlanıb
- PSJ-dən Arda Gülər üçün ciddi təklif: 120 milyon avro
- Qadın voleybolçular arasında Yüksək Liqada XV tur start götürür
- "Beşiktaş" və "Fənərbaxça"nın keçmiş baş məşqçisi vəfat edib
0
0