Millimiz məğlub oldu
27.04.2025 - 23:23

16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan yığması Avropa çempionatının 2-ci mərhələsində 3-cü oyununu keçirib.
Apasport.az xəbər verir ki, B qrupunda yer alan millimiz Avstriya komandası ilə qarşılaşıb.
Oyun avstriyalıların 3:1 (25-12, 25-17, 24-26, 25-16) hesablı qələbəsi ilə yekublaşıb.
Qeyd edək ki, Azərbaycan komandası İspaniyada keçirilən qrup oyunlarını 3 məğlubiyyətlə başa vurub.
0
0