Millimiz Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
07.05.2024 - 13:18
![Millimiz Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir](https://ww3.apasport.az/storage/news/2024/may/07/big/6639ef6325f076639ef6325f0817150728676639ef6325f056639ef6325f06.jpg)
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqası üçün hazırlıqlarını davam etdirir.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan təlim-məşq toplanışında legioner həyatı yaşayan bəzi oyunçular yer almayıb. Əvəzində isə düşərgəyə gənc voleybolçular cəlb olunublar.
Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv mayın 9-da hazırlığın ikinci mərhələsi üçün Sloveniyaya yola düşəcək.
Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasındakı ilk görüşünü mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək.
0
0