Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət millisinin Avropa çempionatının II təsnifat mərhələsindəki rəqibləri bəlli olub.
Apasport.az xəbər verir ki, yığma martın 27-dən 29-dək İspaniyanın ev sahibliyi edəcəyi C qrupunda mübarizə aparacaq.
Şahin Çatmanın rəhbərlik etdiyi komanda qrupda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu martın 27-də İspaniyaya qarşı keçirəcək. Növbəti günlərdə isə müvafiq olaraq Niderland və Estoniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, II təsnifat mərhələsində 20 komanda 5 qrupda yarışacaq və yalnız qrup birinciləri AVRO-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.
C qrupu
27 mart
20:00. Estoniya – Niderland
22:30. İspaniya – Azərbaycan
28 mart
20:00. Niderland – Azərbaycan
22:30. Estoniya – İspaniya
29 mart
20:00. Azərbaycan – Estoniya
22:30. Niderland – İspaniya
- “Yuventus”dan Makkeni qərarı
- “Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan futbol turniri keçirilib - FOTO
- “Tottenhem”in müdafiəçisi “Lids”də
- Birinci Liqa: “Mingəçevir”dən qələbə, Qəbələdə hesab açılmadı - YENİLƏNİB
- İsmayıl Zülfüqarlı: "Milli komandada oynamağa futbolçu qalmayacaq"