"15 ildir voleybolla məşğul oluram. İlk dəfədir yığmaya dəvət alıram. Təlim-məşq toplanışından layiqincə yararlanıb, oyunlarda nəticə qazanmaq istəyirik".
Apasport.az xəbər verir ki, bu sözləri kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Cavid Əzimov Qızıl Avropa Liqasına hazırlıq barədə danışarkən deyib.
Yığmanın hücumçusu heç bir rəqibə asan təslim olmayacaqlarını bildirib: "Rumıniya və Ukrayna favorit hesab edilsələr də, meydanda sonadək mübarizə aparacağıq. Oyun praktikası cəhətdən zəif olsaq da, döyüşkənlik göstərəcəyik. Doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirik".
- Ruslan Abbasov: “Neftçi” ancaq ona ümid edə bilər” - MÜSAHİBƏ
- “Neftçi” Futbol Mərkəzində inzibati binanın təmiri başlandı
- Taekvondo üzrə ölkə birinciliyi və Azərbaycan çempionatına start verilib
- U-19 millimiz yoldaşlıq görüşləri keçirəcək
- ABŞ-a buraxılmayan somalili hakim UEFA Super Kubokunun finalını idarə edəcək