MOİK-dən inamlı qələbə
12.02.2025 - 18:35
Bu gün kişi voleybolçular arasında Yüksək Liqada X tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.
Öncə çempionatın autsayderləri MOİK və “Gənclər” üz-üzə gəlib. Hərbçilər çətinlik çəkmədən qələbə qazanıblar. Bu onların mövsümdə 2-ci qalibiyyəti olub.
Qeyd edək ki, tura sabah keçiriləcək “Murov Az Terminal” - “Azərreyl” oyunu ilə yekun vurulacaq.
Yüksək Liqa (kişilər)
X tur
12 fevral
16:00. MOİK - “Gənclər” - 3:1 (25:21, 25:23, 21:25, 25:15)
GİN-in Voleybol Mərkəzi
0
0