Ölkə çempionatına start verilir
25.01.2025 - 11:07
![Ölkə çempionatına start verilir](https://ww3.apasport.az/storage/news/2025/january/25/big/67948ddc459f267948ddc459f3173778889267948ddc459f067948ddc459f1.jpeg)
Bu gün Şahdağ Turizm Mərkəzində qar voleybolu üzrə 1-ci ölkə çempionatı başlayır.
Apasport.az xəbər verir ki, qadınların yarışında “Azərreyl”, “Murov Az Terminal”, “Gəncə” və U-21 komandaları iştirak edəcək.
Kişilərin çempionatında “Azərreyl”, “Murov Az Terminal”, “Gənclər” və U-21 komandaları mübarizə aparacaqlar.
Yarış dairəvi sistemlə keçiriləcək. İlk iki yeri tutan komandalar finalda, aşağı yerləri tutanlar isə bürünc uğrunda oyunda qarşılaşacaqlar.
Həlledici görüşlər yanvarın 26-da olacaq.
0
0