Qar voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
26.01.2025 - 21:52
![Qar voleybolu üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib](https://ww3.apasport.az/storage/news/2025/january/26/big/679675b278e9d679675b278e9e1737913778679675b278e9b679675b278e9c.jpeg)
Şahdağ Turizm Mərkəzində keçirilən qar voleybolu üzrə 1-ci Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, kişilərin yarışında finalda "Murov Az Terminal" ilə qarşılaşan "Azərreyl" qələbə qazanıb - 2:0.
"Gənclər"dən güclü olan U-21 komandası isə bürünc mükafata sahib çıxıb.
Qadınların yarışında “Azərreyl” 1-ci, “Murov Az Terminal” 2-ci, "Gəncə" isə 3-cü yeri tutub.
0
0