Azərbaycanlı beynəlxalq voleybol hakimi Eldar Əliyev milli komandaların oyunlarına təyinat alıb.
Apasport.az xəbər verir ki, o, iyunun 13-15-də Bakıda kişi komandaları arasında keçiriləcək Avropa Gümüş Liqasının ikinci mini-turnirində bir neçə görüşdə referilik edəcək.
Əliyev iyunun 14-də türkiyəli həmkarı Cevril Ebru Kaya ilə birlikdə Macarıstan - Lüksemburq matçını idarə edəcək. Ertəsi gün isə Corce Stevanoviç (Serbiya) ilə birlikdə Azərbaycan - Macarıstan matçında iş başında olacaq.
Qeyd edək ki, Azərbaycan millisi Avropa Gümüş Liqasının Bakı mərhələsinin açılış matçında iyunun 13-də Lüksemburqla qarşılaşacaq. Görüş Cevril Ebru Kaya (Türkiyə) və Corce Stevanoviçə (Serbiya) həvalə olunub.
- “Mançester Yunayted” Altayla bağlı qərarını verdi
- Rəşad Sadıqov: “Vacib üç xal qazandıq” - MÜSAHİBƏ
- Azərbaycanın stolüstü tennis cütlüyü dünya reytinə başçılıq edir - FOTO
- Əfsanəvi futbolçunun evi qarət edildi
- "Beşiktaş”da növbəti prezident seçkiləri başa çatıb - SERDAL ADALI QALİB GƏLDİ - YENİLƏNİB