Türkiyə millisi Paris 2024-ün 1/4 finalına vəsiqə qazanıb
01.08.2024 - 13:02
![Türkiyə millisi Paris 2024-ün 1/4 finalına vəsiqə qazanıb](https://ww3.apasport.az/storage/news/2024/august/01/big/66ab4f3b46be466ab4f3b46be5172250297166ab4f3b46be266ab4f3b46be3.jpg)
Fransada davam edən Paris-2024 Olimpiya Oyunlarında qadın voleybolçulardan ibarət Türkiyə millisi 1/4 finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, türklər C qrupunda ikinci oyununda Dominikan Respublikası ilə qarşılaşıb. Parisdəki "South Paris Arena"da keçirilən oyunda "Filenin sultanları" 3:1 (21:25, 25:18, 25:22, 25:15) hesabı ilə qalib gəlib.
İlk matçda Hollandiyaya 3:2 hesabı ilə qalib gələn Türkiyə millisi qrupda İtaliyaya qarşı keçirəcəkləri son oyundan əvvəl 1/4 finala vəsiqəni təmin edib.
0
0