Voleybol Federasiyası nümayəndələri 3 rayona səfər etdilər
05.02.2024 - 11:33
Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.
Apasport.az xəbər verir ki, AVF nümayəndələri seleksiya tədbirləri çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında səfərdə olublar.
Mütəxəssislər bu rayonlarda yerləşən orta məktəblərdə olub, həmçinin voleybol məşqlərində iştirak ediblər. Onlar uşaqlara voleybol haqqında ətraflı məlumatlar verib, bu idman növünün ölkəmizdə inkişafından danışıblar.
Federasiya nümayəndələri müvafiq kriteriyalara uyğun gələn uşaqların qeydiyyatını aparıblar.
- İngiltərədə ilin futbolçusu açıqlandı
- 16 yaşlı hücumçu "Komo"da
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB
- Premyer Liqa klublarına oyun qaydaları ilə bağlı məlumat verilib
- I Liqa: MOİK ilk qələbəsini qazandı, "Zaqatala"dan inamlı qalibiyyət
0
0