Voleybol komandamız "Moskva yay oyunları"nın qalibi olub
18.08.2024 - 21:52
![Voleybol komandamız "Moskva yay oyunları"nın qalibi olub](https://ww3.apasport.az/storage/news/2024/august/18/big/66c2349dc74b466c2349dc74b5172400348566c2349dc74b266c2349dc74b3.jpg)
"Kooperativ idmanın inkişafı Assosiasiyalarının Moskva yay oyunlarının" voleybol yarışlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışların finalında ölkəmizi təmsil Fövqəladə Hallar Nazirliyinin komandası ilə Rusiyanın "Elektroprofsoyuz" kollektivi üz-üzə gəlib.
Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.
Beləliklə, Fövqəladə Hallar Nazirliyinin komandası voleybol yarışlarının kuboku və qızıl medallarını qazanıb.
0
0