Azərbaycan millisi Şərqi Avropa Zonası Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Apasport.az xəbər verir ki, komandamız yarışa ən yaxşı 14 voleybolçunun yer aldığı optimal heyətlə yollanacaq.
20-26 noyabr tarixlərində Latviyanın Dauqavpils şəhərində keçiriləcək 18 yaşadək voleybolçu qızlar arasında EEVZA çempionatının hazırlığı davam edir. Azərbaycan Voleybol Federasiyasının idman zalında və Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan məşqlərə ümumilikdə 18 idmançı cəlb olunub. Şahin Çatmanın rəhbərlik etdiyi komandamızın yekun heyətində 14 voleybolçu ilə yer alacaq.
Qeyd edək ki, 6-8 noyabr tarixlərində ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanev gənclərimizin məşq prosesini izləyib və onlara uğurlar arzu ediblər.
- Sərxan Hacıyev: “Qarabağ”ın ilkə imza atması üçün idman xoşbəxtliyi çatmadı”
- Emin Mahmudov: “Onlara oyunumuzla cavab verəcəyik” - MÜSAHİBƏ
- Millimizin Ukrayna ilə səfər oyununun yeri dəyişdirilib
- Jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək
- “Qarabağ” mövsümü heç-heçə ilə başa vurdu- YENİLƏNİB