“Xilasedici" Belçika təmsilçisinə məğlub olub - FOTO
09.12.2025 - 20:25
Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası Çelenc Kubokunun 1/16 final mərhələsində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin idman zalında Belçika təmsilçisi "Lindemans"ı qəbul edən Azərbaycan klubu 0:3 (17:25, 22:25, 23:25) hesabı ilə uduzub.
Tərəflər arasında cavab oyunu 2026-cı il yanvarın 7-də Belçikada baş tutacaq.
Qeyd edək ki, yarışa 1/32 final mərhələsindən başlayan "Xilasedici" bu raundda Rumıniyanın "Steaua" klubuna qalib gələrək 1/16 finala yüksəlib.
- Qurban Qurbanov: "Onlar qalib gəlibsə, demək bizdən üstün idilər"
- “Milan”ın futbolçusu Türkiyə yolunda
- Millimizin üzvü: "Xorvatiya ilə matçdakı yenilgini unutdurmaq istəyirik"
- Orxan Əliyev seçim qarşısında: "Araz-Naxçıvan", yoxsa "Zirə"?
- "Qalatasaray" klub tarixinin ən uzun qələbə seriyasına sahib çıxdı
0
0