“Xilasedici”dən yeni transfer
29.07.2025 - 15:56
Kişi voleybolçular ibarət “Xilasedici” komandası heyətini gücləndirməyə başlayıb.
Apasport.az xəbər verir ki, komanda Azərbaycan millisinin toppaylayıcısı Roman Qurskini transfer edib.
O, ötən mövsümü Macarıstan çempionatında “Qrinplan” komandasında keçirib, daha əvvəllər Moskva CSKA-da, 2021/22 mövsümündə isə “Murov”da oynayıb.
Qeyd edək ki, Azərbaycan kubokunun qalibi olan “Xilasedici” yeni mövsümdə avrokuboklarda da mübarizə aparacaq. Klub "Challenge Cup" turnirinə qatılacaq.
Qeyd edək ki, bürünc mükafatçı daha əvvəl heyətini millimizin kapitanı Vüqar Bayramovla gücləndirib.
- Messi və Ronaldo ilə görüşün ilkin qiyməti – 2,66 milyon dollar
- “Qaradağ Lökbatan” – MOİK qarşılaşmasını FİFA referisi idarə edəcək
- Xulio Rodriqes: “Baş məşqçi dedi ki, “Sabah”da qalmaq təkcə ondan asılı deyil” - MÜSAHİBƏ
- “Neftçi”də oynamış milli üzvü Azərbaycana qayıdır
- Altıqat olimpiya çempionu karyerasını bitirib
0
0