![Yığmamızın Avropa çempionatındakı oyunlarının vaxtı DƏQİQLƏŞDİ](https://ww3.apasport.az/storage/news/2023/january/24/big/63cfc74a2b2d563cfc74a2b2d6167456135463cfc74a2b2d163cfc74a2b2d3.jpg)
Avqustun 15-dən sentyabrın 3-dək qadın voleybolçular arasında Belçika, İtaliya, Almaniya və Estoniyanın ev sahibliyi edəcəyi Avropa çempionatının oyunlarının vaxtı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, ardıcıl 10-cu dəfə həlledici mərhələyə qatılacaq Azərbaycan millisinin də meydana çıxacağı günlər bəlli olub.
C qrupunda yer alan yığmamız ilk matçına avqustun 18-də çıxacaq. Həmin gün voleybolçularımız Çexiya ilə üz-üzə gələcək. Komandamızın qrupda son oyunu isə avqustun 23-nə təsadüf edəcək.
Qeyd edək ki, millimizin yer aldığı qrupun görüşləri Almaniyada olacaq. Avropa çempionatında isə 24 komanda 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.
C qrupu
18 avqust
23:00 Azərbaycan - Çexiya
19 avqust
23:00 Azərbaycan - Almaniya
20 avqust
23:00 Türkiyə - Azərbaycan
22 avqust
20:00 Azərbaycan - Yunanıstan
23 avqust
20:00 İsveç - Azərbaycan