Yüksək Liqa: Liderlər qarşı-qarşıya
08.04.2024 - 16:18
![Yüksək Liqa: Liderlər qarşı-qarşıya](https://ww3.apasport.az/storage/news/2024/april/08/big/6613e057a21ad6613e057a21ae17125786476613e057a21ab6613e057a21ac.jpg)
Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək.
İdman.biz xəbər verir ki, Yüksək Liqada günün hər iki matçı eyni saatda başlayacaq.
“Neftçi” MOİK-i sınağa çəkəcək. Görüş “Murov Az Terminal” VK-nun idman zalında baş tutacaq. Digər qarşılaşma GİN-in Voleybol Mərkəzində təşkil olunacaq. Çempionatın liderlərinin duelində “Murov Az Terminal”la “Azərreyl” qarşılaşacaq.
Yüksək Liqa (kişilər)
8 aprel
17:00. “Neftçi” – MOİK
“Murov Az Terminal” VK-nun idman zalı
17:00. “Murov Az Terminal” – “Azərreyl”
GİN-in Voleybol Mərkəzi
0
0