Yüksək Liqada IX turun oyunları keçiriləcək
04.02.2025 - 09:13
![Yüksək Liqada IX turun oyunları keçiriləcək](https://ww3.apasport.az/storage/news/2025/february/04/big/67a1a1ec9989f67a1a1ec998a0173864599667a1a1ec9989d67a1a1ec9989e.jpg)
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün IX turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə təşkil olunacaq.
UNEC - "Gəncə" matçı saat 15:00-da, “Azərreyl” - “Abşeron” görüşü 16:00-da, “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” oyunu isə 18:00-da start götürəcək.
Birinci qarşılaşma UNEC-in idman zalında, digərləri Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.
0
0