Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların vaxtı bəlli olub.
Apasport.az xəbər verir ki, fevralın 27-də qadın voleybolçuların çempionatında XV tura start veriləcək.
UNEC Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.
Fevralın 28-də lider “Azərreyl” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Abşeron”u sınağa çəkəcək. Voleybol Mərkəzində baş tutacaq matçın start fiti saat 15:00-da səslənəcək. Tura eyni gündə, saat 17:00-da başlayacaq “Gəncə” - “Murov Az Terminal” görüşü ilə yekun vurulacaq.
Kişi voleybolçuların Yüksək Liqasında isə “Neftçi” “Azərreyl”in qonağı olacaq. Voleybol Mərkəzində oynanılacaq qarşılaşma saat 18:00-da start götürəcək.
Bir gün sonra MOİK eyni məkanda “Murov Az Terminal”la qarşılaşacaq. Oyun saat 15:00-da başlayacaq.
- "Beşiktaş", "Fənərbaxça" və "Qalatasaray"ın Avropa matçlarının hakimləri açıqlanıb
- “Qarabağ” və “Neftçi”nin legionerləri milliyə çağırılıb
- Şahin Diniyevin "Səbail"də debütü sülhlə başa çatdı - FOTOLENT
- Azərbaycanlı UEFA nümayəndəsi Konfrans Liqasının oyununa təyinat alıb
- Muradlı 4-cü qələbəsini qazandı