Yüksək Liqada VII turun oyunları keçiriləcək
21.01.2025 - 11:11
![Yüksək Liqada VII turun oyunları keçiriləcək](https://ww3.apasport.az/storage/news/2025/january/21/big/678f47ff99a7f678f47ff99a801737443327678f47ff99a7d678f47ff99a7e.jpg)
Qadın voleybolçular arasında Yüksək Liqada bu gün VII turun oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, günün iki qarşılaşması Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq. Saat 16:00-da “Murov Az Terminal” "Azərreyl"lə, 18:00-da isə “Milli Aviasiya Akademiyası” “Gəncə” ilə qarşılaşacaq.
Digər görüşdə isə UNEC və “Abşeron” üz-üzə gələcək. UNEC Voleybol Klubunun idman zalında keçiriləcək matç saat 17:00-da başlayacaq.
0
0