Yüksək Liqada yarımfinal həyəcanı davam edir
18.04.2025 - 13:14
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün yarımfinal mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun saat 15:00-da başlayacaq və bu görüşdə “Xilasedici” “Azərreyl”lə üz-üzə gələcək.
Günün ikinci matçında isə “Neftçi” və “Murov Az Terminal” kollektivləri qarşılaşacaq.
Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunlarında “Murov Az Terminal” “Neftçi”yə, “Azərreyl” isə “Xilasedici”yə 3:0 hesabı ilə qalib gəlib.
- Samir Abasov: "Neftçi" Vensan Abubakarın arxasınca qaçmayıb"
- Rassel Avstriyada hamını qabaqladı: Verstappen mövsümün ən yaxşı nəticəsini göstərdi
- "Neftçi"nin yeni məşqçisi haqqında: "Birbaşa hücum futbolu oynadan məşqçidir" - Müsahibə
- “Fənər”in futbolçusu Super Liqada klubunu dəyişib
- "Borussiya" yarımmüdafiəçisi ilə yeni müqavilə imzalayıb
0
0