10 milyon avroluq təklif
24.11.2022 - 22:24
Mönhenqladbax "Borussiya"sının futbolçusu Markus Türam karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytı BBC-yə istinadən xəbər verir ki, "Nyukasl" 25 yaşlı hücumçunun xidmətində maraqlıdır.
"Sağsağanlar" mövsümün sonunda Almaniya klubu ilə müqaviləsi başa çatan forvard üçün qış transfer pəncərəsində 10 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Markus Türam Bundesliqanın cari mövsümündə 15 oyunda 10 qol vurub.
- Bakıda keçirilən döyüş gecəsi UFC turnirinin tarixinə düşüb
- Fernandu Santuş və komandasını gözləyən KOMPENSASİYA
- "Turan Tovuz" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb
- Vaqif Cavadov: "Ümid edirəm, belə bir sima Azərbaycan futboluna rəng qatacaq"
- Ronaldonun “Real”a gəlişi açıqlandı - FOTO
0
0