150-ci derbi qələbəsi
03.10.2023 - 11:02
![150-ci derbi qələbəsi](https://ww3.apasport.az/storage/news/2023/october/03/big/651bb566b4f56651bb566b4f571696314726651bb566b4f54651bb566b4f55.jpg)
“Çelsi” İngiltərə Premyer Liqasında 150-ci derbi qələbəsini qazanıb.
Apasport.az saytının məlumatına görə, “zadəganlar” səfərdə “Fulhem”i 2 cavabsız qolla məğlub edib.
Bu, “Çelsi”nin London derbilərindəki yubiley qələbəsi olub. “Göylər” bu göstəricidə ikincidir. Yalnız “Arsenal” derbilərdə daha çox sevinib – 151 dəfə.
Qeyd edək ki, Premyer Liqanın cari mövsümündə Londonu 7 komanda təmsil edir. Bunlar “Çelsi”, “Arsenal”, “Tottenhem”, “Kristal Pelas”, “Vest Hem”, “Brentford” və “Fulhem”dir.
0
0