16 yaşında qol vurdu - tarixə düşdü
09.09.2023 - 01:34
İspaniya yığmasının hücumçusu Lamin Yamal futbol tarixinə düşüb.
Apasport.az-ın məlumatına görə, “Barselona”nın hücumçusu milli komandada qol vuran ən gənc üçüncü futbolçu olub.
Lamin Gürcüstan komandası ilə oyunda 16 yaş 57 günündə fərqlənib. Yamal bu göstəricidə 1882-ci ildə 15 yaş 160 günündə fərqlənən şimali irlandiyalı Sem Jonston və 1906-cı ildə 16 yaş 12 günündə qol vuran macarıstanlı Yojef Horvatdan geri qalıb.
Qeyd edək ki, İspaniya millisi səfərdə Gürcüstana 7:1 hesabı ilə qalib gəlib və son qolu Yamal rəqib qapısından keçirib.
- Filips “Mançester Siti”dən gedir
- “Milan” “Betis”in futbolçusuna 2 milyon təklif edir
- "Qarabağ" elə komandadır ki, səhv etdinsə, səni bağışlamayacaq" - Şəhriyar Əliyev
- De Bleker səhvi etiraf etdi: "Belə hörmətsiz davranışı qəbul edə bilmərik"
- III MDB Oyunlarının medal sıralaması: Rusiya liderdir, Azərbaycan ikinci yerdədir
0
0