17 oyunluq seriya qırıldı
31.10.2022 - 09:16
İtaliya A seriyasının XII turunda “Torino”nun qonağı olan “Milan” 1:2 hesabı ilə məğlub olub.
Apasport.az saytının məlumatına görə, bununla “rossonyerlər”in səfər matçlarındakı uğurlu seriyasına son qoyulub.
Belə ki, milanlıların A seriyasının ardıcıl 17 səfər oyunundakı məğlubiyyətsizlik seriyası qırılıb. Bu müddətdə komanda 12 qələbə qazanıb, 5 dəfə heç-heçə edib.
Qeyd edək ki, hazırda “Milan” 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.
- "Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşib - YENİLƏNİB
- Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək
- Xankəndi-Bakı ultra marafonunun ikinci mərhələsinin qalibi bəlli oldu
- Azərbaycan təmsilçiləri Dünya Taekvondosunun Qala gecəsində
- "Karvan" qış fasiləsini gözləyir: Yeni transferlər olacaq
0
0