17 yaşlı forvard Braziliya millisində rekord qırdı
27.03.2024 - 14:21
![17 yaşlı forvard Braziliya millisində rekord qırdı](https://ww3.apasport.az/storage/news/2024/march/27/big/6603ef28b4c406603ef28b4c4117115338646603ef28b4c3e6603ef28b4c3f.jpeg)
Hücumçu Endrik Braziliya millisinin heyətində rekorda imza atıb.
Apasport.az xəbər verir ki, 17 yaşlı forvard millinin heyətində ilk 49 dəqiqədə 2 qol vurub.
Xatırladaq ki, əfsanəvi Pele 64 dəqiqədə, Ronaldo isə 529 dəqiqədə 2 qol vura bilib.
Qeyd edək ki, Endrik bu mövsümün sonuna kimi Braziliyanın "Palmeyras"ında çıxış edəcək. "Real Madrid"lə razılıq əldə edən hücumçu yayda “kral” klubuna keçəcək.
0
0