1/8-də növbəti cütlük: Fransa Paraqvaya rəqib oldu
01.07.2026 - 03:01
Fransa millisi DÇ-2026-nın 1/8 final mərhələsinə yüksəlib.
Apasport.az xəbər verir ki, Didye Deşamın komandası 1/16 finalda İsveçi 3:0 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra Fransa 1/8 finalda Paraqvay millisi ilə qarşılaşacaq.
Xatırladaq ki, Paraqvay 1/16 finalda Almaniyanı penaltilər seriyasında mübarizədən kənarlaşdırıb.
0
0