18 yaşlı mərkəz müdafiəçisi “Liverpul”da
25.10.2022 - 16:07
![18 yaşlı mərkəz müdafiəçisi “Liverpul”da](https://ww3.apasport.az/storage/news/2022/october/25/big/6357d1a2a0b466357d1a2a0b4716666996826357d1a2a0b446357d1a2a0b45.jpg)
“Liverpul”un gənc futbolçusu Li Consun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, “qırmızılar” 18 yaşlı mərkəz müdafiəçisi uzun müddət komandada qalacaq.
Çünki U-19 yığmasının üzvü ilə yeni müqavilə imzalanıb. Sövdələşmənin təfərrüatları açıqlanmasa da, uzunmüddətli anlaşma imzalandığı bildirilir.
Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Li Cons bu ildən klubun U-21 komandasına cəlb olunub.
0
0