18 yaşlı türkiyəli "Brentford"da
12.01.2024 - 12:41
Türkiyəli futbolçu İngiltərə Premyer Liqasında çıxış edəcək.
Apasport.az xəbər verir ki, “Sivasspor”un 18 yaşlı yarımmüdafiəçisi Yunus Emre Konak “Brentford”a transfer edilib.
Xəbəri Türkiyə klubunun rəsmi saytı da təsdiqliyib. Super Liqa təmsilçisi bu keçid qarşılığında 4,5 milyon avro alacaq. Yarımmüdafiəçi 2029-cu ilin yayına kimi “Brentford”un şərəfini qoruyacaq.
Qeyd edək ki, Türkiyənin aşağı yaş qruplarından ibarət milli komandalarında da çıxış edən Yunus Emre bu mövsüm “Sivasspor” forması ilə 17 matçda 1 məhsuldar ötürmə verib.
- Rəşad Sadıqov: “Səbail”lə oyun ən vacib matç olacaq”
- Cəlal oynadı, komandası məğlub oldu
- Flik: “Barselona” Çempionlar Liqasını qazana bilər”
- Xulio Rodriqes: “Baş məşqçi dedi ki, “Sabah”da qalmaq təkcə ondan asılı deyil” - MÜSAHİBƏ
- Orxan Məmmədov: "Bu gün Azərbaycan minifutbol tarixində yeni səhifə açılır"
0
0