18 yaşlı yarımmüdafiəçi “Qalatasaray”da
04.02.2026 - 00:24
"Qalatasaray" heyətini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Portuqaliyanın "Kasa Pia" klubunda çıxış edən Renato Nheqa ilə anlaşıb.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, 18 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçmək üçün İstanbula dəvət olunub.
Qeyd edək ki, Nheqa bu mövsüm komandasının heyətində meydana çıxdığı 21 rəsmi matçda 2 qol və 1 assistlə yadda qalıb.
- Prezident cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində yaradılan şəraitlə tanış olub
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- Ulduz yarımmüdafiəçi "Barselona"dan ayrıla bilər
- KİV: Paris Olimpiadasının iştirakçıları arasında bağırsaq infeksiyası yayılıb
- De Xea La Liqa klubuna keçə bilər
0
0