“Goal” portalı 21-ci əsrdə İngiltərə Premyer Liqasının ən yaxşı futbolçularının reytinqini tərtib edib.
Apasport.az xəbər verir ki, birinci yerdə bir vaxtlar komandaya heç bir məğlubiyyət olmadan Premyer Liqa çempionu olmasına kömək edən “Arsenal”ın keçmiş hücumçusu Tyerri Anridir.
İkinci yerdə “Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz qərarlaşıb. İlk üçlüyü isə “qırmızı şeytanlar”ın digər keçmiş futbolçusu Ueyn Runi tamamlayıb.
İlk 10-luğa həmçinin, Kevin De Bruyne, Stiven Cerrard, Frenk Lempard, Məhəmməd Salah, Patrik Vieyra, Kriştiano Ronaldo və David Silva daxildir.
- Hacıyev: “Belə məğlubiyyətlərdən sonra məşqçilər istefa verib gedirlər, amma...” - MÜSAHİBƏ
- Güləş yığmamızın Avropa çempionatı üçün heyəti MÜƏYYƏNLƏŞDİ
- Azərbaycan Basketbol Federasiyası və FİBA Çempionlar Liqası rəsmiləri arasında görüş
- “Zirə”nin şikayəti qismən təmin olundu
- Qadın futbolçularımız B Liqasına yüksəlib