Türkiyə Super Liqasında XXII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, lider “Qalatasaray” səfərdə “Qaziantep”i Ahmed Kutucunun 5-ci dəqiqədə vurduğu qolla məğlub etməyi bacarıb.
Ancaq bu qalibiyyət “cimbom”a baha başa gəlib.
Belə ki, komandanın 4 əsas heyət futbolçusu Lukas Toreyra, Fernando Muslera, Barış Alper Yılmaz və Abdulkerim Bardakçı sarı vərəqə ilə cəzalanıblar.
Bununla da, həmin oyunçular Super Liqanın XXIII turu çərçivəsində keçiriləcək “Adana Dəmirspor”la görüşdə iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, İstanbul təmsilçisi 57 xalla turnir cədvəlinin ən yüksək pilləsində qərarlaşıb və ən yaxın izləyicisi olan "Fənərbaxça"nı 6 xal fərqlə qabaqlayıb.
- “Volfsburq” 3 xalı 4 qolla qazanıb
- Marandiçi: “Sabah”la oyuna strategiya hazırlamışdıq və o da işə yaradı” - MÜSAHİBƏ
- Millətlər Liqası: Xorvatiya Fransanı, Ukrayna Belçikanı məğlub etdi - YENİLƏNİB
- Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər
- Vaqif Cavadov autsayder komandaya baş məşqçi təyin olundu