36 yaşlı futbolçu Avropaya qayıtdı
17.01.2025 - 12:20
"Fənərbaxça"nın sabiq futbolçusu İslam Slimani yenidən Avropada çıxış edəcək.
Apasport.az xəbər verir ki, əlcəzairli hücumçu Belçikanın "Vesterlo" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə ilə Əlcəzairin "Beluizdad" klubuna məxsus olan 36 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında bu komandada çıxış edəcək.
Qeyd edək ki, İslam Slimani 2018/2019 mövsümündə "Fənərbaxça"da oynayıb. O, Avropada "Lester", "Nyukasl", "Monako", "Lion", "Brest" və "Anderlext"də də çıxış edib.
- Millinin baş məşqçisi: “Daha yaxşı nəticə üçün mübarizə aparacağıq”
- Azərbaycan idmanında ilin ən yaxşıları müəyyənləşib - YENİLƏNİB
- Basketbol millilərimiz Avropa Kubokunda mübarizə aparacaq
- Haaland "Siti"dən ayrılmaq istəyir
- Federasiya prezidenti: “Avropa Oyunlarından ən azı 3-4 medal götürməyə çalışacağıq”
0
0