Dünən axşam "Qalatasaray" qadın voleybol komandasının matçından sonra klub üzvlərindən biri 40 nəfərlik qrup tərəfindən hücuma məruz qalıb.
Apasport.az xəbər verir ki, bu barədə "Qalatasaray"ın baş katibi Eray Yazqan məlumat yayıb.
“Ötən axşam "Qalatasaray" qadın voleybol komandamızın oyunundan sonra üzvlərimizdən biri 14 yaşlı qızı ilə birlikdə təxminən 40 nəfərlik qrup tərəfindən hücuma məruz qalıb.
Kiçik qızı vuracaq qədər alçaq olan bu quldurlar qardaşlarımızın əlindəki pankartları da oğurlayıblar. Yol polisi əməkdaşı təsadüfən oradan keçməsəydi, bəlkə də bu gün geri dönüşü olmayan nəticələrdən danışardıq", - deyə o vurğulayıb.
- “Napoli”nin sabiq üzvü karyerasını Türkiyədə davam etdirə bilər
- Azərbaycan millisini çalışdırmış məşqçi Qırğızıstan yığmasında
- "Atletiko" bu futbolçusunu 100 milyondan az qiymətə satmayacaq
- Amil Ramazanov: "Yarış mənim üçün gərgin və maraqlı keçdi"
- “Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlandı