57 yaşlı futbolçu yeni komandasında
10.07.2024 - 10:57
57 yaşlı yapon hücumçu Kazuyoşi Miura 16-cı komandasına transfer olunub.
Apasport.az xəbər verir ki, onun yeni klubu “Atletiko Suzuka”dır. Komanda Yaponiyanın 4-cü liqasında mübarizə aparır.
Miura karyerasına 1986-cı ildə başlayıb və 39 sezondur aktiv futbol oynayır. Yaponiya milli komandasında 89 oyuna çıxan futbolçu 55 qola imza atıb. Milli komanda ilə əsas uğuru 1992-ci ildə Asiya Kubokunu qazanmasıdır.
Qeyd edək ki, Kazuyoşi karyerası ərzində 700 oyun keçirib, 193 qol, 5 qol ötürməsi ilə yadda qalıb.
- Emre Mor "Fənərbaxça"dan ayrılmaq istəyir
- Dünya çempionatlarında görünməmiş məhsuldarlıq
- “Kəpəz”in legioneri: "Bu cür səhvlərə görə hakimləri cəzalandırırlar, Azərbaycanda isə..." - MÜSAHİBƏ
- Ayxan Abbasov: "Çoxdandır ki, bu qədər qol vəziyyəti yaratmırdıq"
- “Beşiktaş” ona 2,5 milyon avro təklif etsə də...
0
0