6 qat ölkə çempionu olan klub üçüncü diviziona göndərildi
23.07.2024 - 17:52
![6 qat ölkə çempionu olan klub üçüncü diviziona göndərildi](https://ww3.apasport.az/storage/news/2024/july/23/big/669fb501b5dc4669fb501b5dc51721742593669fb501b5dc2669fb501b5dc3.jpg)
"Bordo" Fransanın üçüncü divizionuna göndərilib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, klub 2024/2025 mövsümü üçün maliyyə təminatı verə bilmədiyindən federasiya bu cür addım atıb.
Ötən mövsüm “jirondin”lər Fransanın ikinci liqasında 12-ci yeri tutmuşdu və ikinci diviziondakı yerini möhkəmləndirmişdi.
Əlavə edək ki, “Bordo” Fransanın 6 qat çempionudur.
0
0